İspaniya “Barselona”sı futbolçusu Erik Qarsiya ilə müqaviləni 2031-ci ilədək uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 30 iyun 2031-ci ilədək anlaşma əldə olunub.
"Barsa" akademiyası - “La Masiya”nın yetirməsi olan futbolçu cari mövsümdə La Liqada 15 oyun keçirib və 1 qol vurub. O, həmçinin Çempionlar Liqasında 5 matçda forma geyinib.










































































