Serxio Fransisko İspaniya “Real Sosyedad”ının baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis San-Sebastyan təmsilçisində 5 ayadək fəaliyyət göstərə bilib.
Onun rəhbərliyi altında “Real Sosyedad” bütün turnirlərdə 18 oyun keçirib, 6 qələbə, 4 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.
La Liqanın 16 turundan sonra Serxio Fransiskonun komandası 16 xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsində yer alıb.







































































