İspaniya və Argentina milliləri arasında keçiriləcək Finalissimanın vaxtı və yeri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma 27 mart 2026-cı ildə Qətərin paytaxtı Dohada gerçəkləşəcək.
Matç "Lusail" stadionunda təşkil olunacaq.
Finalissima hazırkı Avropa və Amerika çempionları arasında keçirilir. Argentina millisi 2024-cü ildə Amerika Kubokunu qazanıb. İspaniya isə 2024-cü ildə Avropa çempionu olub. 2022-ci ildə təşkil olunmuş ötən Finalissimada Argentina millisi İtaliya yığması üzərində qələbə qazanıb - 3:0. Görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçirilib.
Qeyd edək ki, "Lusail" stadionunda 2022-ci ildə dünya çempionatının final görüşü təşkil olunub. Həmin oyunda Argentina Fransaya penaltilər seriyasında qalib gəlib - 3:3 (4:2).











































































