İspaniya "Real Madrid"inin gənclər komandasının (“Kastilya”) baş məşqçisi Alvaro Arbeloa əsas kollektivdə Xabi Alonsonu əvəzləməyə əsas namizəd göstərilir.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, Madrid klubu mövsüm ərzində üzə çıxan kadr problemlərini aradan qaldırmaq üçün qış transfer pəncərəsində fəallaşmağı müzakirə etsə də, rəhbərlik yanvar transferlərini real variant hesab etmir.
Mənbənin məlumatına görə, İspaniya Super Kuboku “Real Madrid” üçün mövsümün taleyini müəyyən edə biləcək mərhələ ola bilər. Xabi Alonsonun gələcəyi qeyri-müəyyən olaraq qalır və onun mümkün gedişi halında klub daxilində əsas seçim kimi “Kastilya"dan Alvaro Arbeloa ön plana çıxır.
Hazırda “Real Madrid” La Liqanın turnir cədvəlində 42 xalla ikinci yerdədir. Paytaxt təmsilçisi lider “Barselona”dan 4 xal geri qalır.
Qeyd edək ki, “Real Madrid” İspaniya Super Kubokunun yarımfinalında “Atletiko” ilə üz-üzə gələcək. Qarşılaşma 2026-cı il yanvarın 8-də keçiriləcək.







































































