Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan Kipr təmsilçisi “Pafos”un baş məşqçisi Xuan Karlos Karsedo klubdan ayrılmaq və Rusiyaya köçmək qərarını rəsmən təsdiqləyib.
Sportnet.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə Kipr çempionatında “Apollon”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında danışıb.
Daha əvvəl Karsedonun Moskvanın “Spartak” klubunun yeni baş məşqçisi olacağı ilə bağlı məlumat yayılmışdı.
Qeyd edək ki, Xuan Karlos Karsedo 2012-ci ildə də “Spartak”da baş məşqçi olmuş Unai Emerinin köməkçisi kimi çalışıb.














































































