Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin daha bir oyununda Nigeriya və Mozambik yığmaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Mərakeşin Fes şəhərindəki “Fes” stadionunda keçirilən qarşılaşmada Nigeriya komandası inamlı qələbə qazanıb – 4:0.
Hesab 20-ci dəqiqədə Ademola Lukmanın qolu ilə açılıb. Beş dəqiqə sonra Viktor Osimhen fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Osimhen dubla imza atıb. Matçda son nöqtəni 75-ci dəqiqədə Akor Adams qoyub.
Bu nəticə ilə Nigeriya yığması Afrika Millətlər Kubokunun 1/4 finalına vəsiqə qazanıb. Nigeriyalıların növbəti mərhələdəki rəqibi sabah, yanvarın 6-da bəlli olacaq.
Qeyd edək ki, Mozambik millisinin heyətində yer alan "Zirə"nin yarımmüdafiəçisi Quima görüşü sonadək ehtiyatda keçirib.









































































