Saudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya Superkubokunun final matçını tribunadan izləyir.
Sportnet.az xəbər verir ki, hazırda davam edən oyunda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlir.
Hazırda hesab bərabərdir - 2:2.
Portuqaliyalı hücumçu 2009 – 2018-ci illərdə “Real Madrid”də çıxış edib. O, paytaxt klubunda 292 oyun keçirib və 311 qol vurub. Portuqaliyalı futbolçu “Kral klubu” ilə iki dəfə - 2012 və 2017-ci illərdə İspaniya Super Kubokunu qazanıb.
Hazırda Superkubokun sahibi “Barselona”dır. Ötən mövsümün finalında Kataloniya təmsilçisi Madrid klubunu 5:2 hesabı ilə məğlub edib.
Cari mövsümdə komandalar La Liqanın X turunda qarşılaşıb. Həmin oyunda “Real Madrid” 2:1 hesabı ilə qalib gəlib.
















































































