Rusiyanın "Dinamo Moskva" klubu əslən azərbaycanlı futbolçusu Ülvi Babayevlə müqaviləni uzadıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 hücumçu ilə 2029-cu ilin yayınadək yeni anlaşma əldə olunub.
Sözləşmədə daha bir mövsüm uzatma opsiyası da nəzərdə tutulub.
Qeyd edək ki, “Dinamo Moskva”nın yetirməsi olan Ülvi Babayev əsas komandanın heyətində bütün turnirlərdə ümumilikdə 16 oyuna çıxıb və 5 qol vurub. Onunla Moskva “Spartak”ının maraqlandığı bildirilirdi.














































































