İtaliya “Fiorentina”sının prezidenti Rokko Kommiso vəfat edib.
Sportnet.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kommiso 77 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xatirəsini əbədiləşdirmək üçün "bənövşəyilər"in ev oyunlarını keçirdiyi “Viola Park” stadionu bundan sonra onun adını daşıyacaq.
Bu mövsüm “Fiorentina” A Seriyasında 20 oyundan 14 xalla 18-ci yerdə qərarlaşıb.










































































