Afrikası Millətlər Kuboku–2025-in final oyununda qalmaqal yaşanıb.
Sportnet.az-ın məlumatına görə, Seneqal millisinin baş məşqçisi Pap Tiyav Mərakeş yığmasına qarşı matçın sonlarında komandanı meydandan çıxarıb.
Hadisə görüşün 90+8-ci dəqiqəsində baş verib. VAR sisteminin müdaxiləsindən sonra hakim Seneqal millisinin qapısına penalti təyin edib.
Bu qərarla razılaşmayan Pap Tiyav etiraz əlaməti olaraq futbolçularına meydanı tərk etmək göstərişi verib.
Nəticədə Sadio Manedən başqa bütün futbolçular meydançanı tərk edib. Mane komanda yoldaşlarını geri qaytarmaq üçün onların dalınca paltardəyişmə otağına qaçıb. Bir dəqiqə sonra oyunçular qayıdıblar.
Penalti nöqtəsinə yaxınlaşan Brahim Dias isə zərbəni dəqiq vurmayıb. Onun panenka üslubunda zərbəsi qapıdan yan keçib.
Qeyd edək ki, hadisə turnirin final qarşılaşmasının əlavə olunmuş vaxtında yaşanıb.












































































