UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.
Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, əsas mərhələnin VII turunun "11-liy"ində "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev də yer alıb.
O, ən yaxşı sol cinah müdafiəçisi kimi fərqləndirilib.
Qapıçı: Konstantinos Tsolakis (“Olimpiakos”, Yunanıstan)
Müdafiəçilər: Pedro Porro (“Tottenhem”, İngiltərə), Yosteyn Qundersen (“Budö Qlimt”, Norveç), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Elvin Cəfərquliyev (“Qarabağ”, Azərbaycan)
Yarımmüdafiəçilər: Kefren Türam-Yulyen (“Yuventus”, İtaliya), Fermin Lopes (“Barselona”, İspaniya), Robert Navarro (“Atletik Bilbao”, İspaniya)
Hücumçular: Culiano Simeone (“Atletiko Madrid", İspaniya), Vinisius Junior (“Real Madrid”, İspaniya), Luis Suares (“Sportinq”, Portuqaliya)
Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün final oyunu Macarıstanın paytaxtı Budapeştdəki “Puškaş Arena” stadionunda keçiriləcək. Həlledici qarşılaşma 30 may 2026-cı il tarixində baş tutacaq.














































































