"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Aston Villa” komandasının yetirməsi olan ingiltərəli hücumçu Coş Cinnelli ilə 1,5 + 1 illik müqavilə bağlanıb.
Son olaraq Çempionşipdə “Suonsi”nin formasını geyinmiş 28 yaşlı forvard karyerası ərzində vətənində “Şrusberi”, “Börnli”, "Altrinhem", “Linkoln”, “Tranmer”, “Uolsol”, “Preston”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts”ın şərəfini qoruyub.

















































































