"Sumqayıt"ın yeni transferi Daniil Beskorovaynının "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının XVII tur matçının iştirak ərizəsinə daxil edilməməsinin səbəbi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın köməkçi-məşqçisi Veliçko Kaplanoviç açıqlama verib.
Serbiyalı mütəxəssis bildirib ki, 27 yaşlı müdafiəçinin qeydiyyatında problem yaranıb: "Daniil bizimlə 2 məşqə çıxıb. Bildiyim qədərilə qeydiyyat problemi yaranıb. Ümidvaram ki, bizə kömək edə biləcək. Ona görə də gətirmişik".
Qeyd edək ki, Daniil Beskorovaynı Ukraynanın "Polesye" klubundan mövsümün sonunadək icarəyə götürülüb.

















































































