Fevralın 2-də Kiprin Limassol şəhərində UEFA-nın ən yüksək səviyyəli hakimləri üçün nəzərdə tutulan 34-cü Təkmilləşdirmə Kursu işə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 4 gün davam edəcək təlimlərə Azərbaycanın iki FIFA referisi də dəvət edilib.
I kateqoriyalı baş hakim Əliyar Ağayev aparıcı ədalət təmsilçiləri arasında yer alacaq.
Eyni günlərdə Avropadan FIFA panelinə yeni daxil edilmiş hakimlər üçün 2026-cı il UEFA Giriş Kursu keçiriləcək. Yeni FIFA hakimləri təcrübəli həmkarları ilə birlikdə işləmək və onların təcrübələrini bölüşmək imkanı əldə edəcəklər. Burada isə Azərbaycanı Tural Qurbanov təmsil edəcək.
Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, rusiyalı Sergey Karasyov istisna olmaqla bütün elit kateqoriyalı hakimlər kursa dəvət olunub. I kateqoriyalı hakimlər arasından isə seçim edilib. İştirakçılar siyahısında VAR hakimləri də olacaq.

















































































