İngiltərənin "Liverpul" komandasının futbolçusu Dominik Soboslai evdə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının əsas mərhələsinin son turunda nadir rekord qırmağa çalışacaq.
Sportnet.az xəbər verir ki, macarıstanlı yarımmüdafiəçi ardıcıl 4 avrokubok matçında qol vuran 6-cı futbolçu olma şansına malikdir.
“Liverpul” tarixində bunu əvvəllər yalnız Rocer Hant, Robbi Fauler, Stiven Cerrard (iki dəfə), Cibril Sisse və Məhəmməd Salah (iki dəfə) bacarıb.
Soboslai 2025/2026 mövsümündə artıq 8 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Bu, onun ötən mövsüm vurduğu qollara bərabərdir.
Qarabağ – avrokuboklarda 139-cu rəqib
“Qarabağ” “Liverpul” üçün Avropada 139-cu fərqli rəqib olacaq. Komanda tarixində ilk dəfə Azərbaycan klubu ilə qarşılaşacaq.
“Liverpul”un əvvəlki 138 rəqibindən yalnız 4 klubla bir dəfə qarşılaşıb – "Alaves" (İspaniya), "Bolonya" (İtaliya), "MOİK Moskva" (Rusiya) və "Jirona" (İspaniya). "Qırmızılar” bütün 4 matçda qalib gəliblər.
Turnir cədvəlindəki vəziyyət
“Liverpul” qrupun son turuna 4-cü pillədə çıxır. Qələbə komandaya birbaşa 1/8 finala yüksəlmə hüququ verəcək. Arne Slotun komandası hətta 3-cü pilləyə də yüksələ bilər.
1 Arsenal 7 7 0 0 20 2 18 21
2 FC Bayern München 7 6 0 1 20 7 13 18
3 Real Madrid 7 5 0 2 19 8 11 15
4 Liverpool 7 5 0 2 14 8 6 15
…
18 Qarabag 7 3 1 3 13 15 -2 10
Maraqlı statistik göstəricilər
- “Liverpul” Çempionlar Liqasının əsas mərhələsindəki son 14 oyunundan 13-də qalib gəlib;
- Sonuncu dəfə “Enfild”də uduzub – 2009-cu il, "Fiorentina" - 1:2
- Komanda Avropada son 54 oyundan yalnız 7-də qol vurmayıb
- Əsas mərhələlərdə son 33 matç heç-heçə ilə bitməyib (sonuncusu: "Midtüllann" - 1:1, 2020)
- Komanda son 4 Çempionlar Liqası oyunundan 3-də qapısını toxunulmaz saxlayıb
- “Liverpul” ardıcıl avrokubok matçlarında iki qoldan çox buraxmayıb. Bu mövsüm 5-ci turda PSV-yə 1:4 uduzub
- Dominik Soboslai və Vircil van Deyk bu mövsüm Çempionlar Liqasında bütün oyunlarda əvvəldən axıradək çıxış edib
- Kurtis Cons bu matçda sarı vərəqə alarsa, növbəti avrokubok oyununu buraxacaq
- Florian Virts və Ceremi Frimponq əvvəlki klubları "Bayer Leverkusen" (Almaniya) komandasında ikən “Qarabağ”a qol vurublar. 2023/2024 mövsümündə Virts Avropa Liqasının 1/8 finalında qol vurub, Frimponq isə ev matçında “Bayer”ə 5:4 hesablı qalibiyyət qazandırıb. "Bayer Leverkusen" "Qarabağ"la qrup mərhələsində də qarşılaşıb. Həmin ev oyununda Virts 5:1 hesablı qələbədə bir qolla pay sahibi olub.


















































































