İngiltərənin "Liverpul" komandası "Qarabağ"a qarşı Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçında itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 2-ci dəqiqədə Ceremi Frimponq Azərbaycan təmsilçisi hücumda olduğu vaxt ayağından ağrı hiss edərək, yerə yıxılıb.
Bunu görən kapitan Abdullah Zubir topu kənara vurub.
Frimponq həkim müdaxiləsinə baxmayaraq, oyunu davam etdirə bilməyib. Onu Vataru Endo əvəzləyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.









































































