Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Turan Tovuz" komandaları üz-üzə gəlib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 41-ci dəqiqədə Abdullah Zubir vurub.
Bununla da "Qarabağ" xalını 39-a çatdıraraq, lider "Sabah"la xal fərqini 4-ə endirib. "Turan Tovuz" isə 30 xalla 3-cü pillədə qalıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"ı, "Şamaxı" "Kəpəz"i 2:0, "Sabah" "Zirə"ni 3:1, "Neftçi" "Araz-Naxçıvan"ı 4:0, "Qəbələ" isə evdə "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.
----------------------------
Azərbaycan Premyer Liqasında XVIII turun növbəti görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edib.
Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Hesabı artıq 4-cü dəqiqədə İqor Ribeyro açıb. Braziliyalı müdafiəçi sabiq komandasını məyus edib. 40-cı dəqiqədə Bassala Sambu növbəti qolu vurub. İngiltərəli hücumçu çempionatda 7-ci qoluna imza atıb.
İkinci hissədə də "Neftçi" iki dəfə fərqlənib. 84-cü dəqiqədə Alessio Kurçi, 90+4-cü dəqiqədə Vensan Abubakar "ağ-qaralar"ın 2026-cı ildə ilk darmadağınını rəsmiləşdirib.
Beləliklə, xalını 24-ə çatdıran "Neftçi" 7-ci pilləyə yüksəlib və 6-cı pillədəki "Araz-Naxçıvan"la xal fərqini 3-ə endirib.
Qeyd edək ki, turun son oyunu "Qarabağ" və "Turan Tovuz" arasında keçiriləcək.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVIII turun son 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar Bakıda təşkil olunacaq.
Günün ilk matçı "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və "Neftçi" arasında gerçəkləşəcək.
Baş hakim Rauf Cabarovun idarə edəcəyi görüş saat 16:00-da başlanacaq.
Ötən tur hər iki komanda heç-heçə ilə kifayətlənib. "Araz-Naxçıvan" səfərdə "İmişli"nin (2:2), "Neftçi" evdə "Zirə"nin (0:0) müqavimətini qıra bilməyib. Hazırda Naxçıvan təmsilçisi 27 xalla 6-cı, paytaxt klubu 21 xalla 8-ci yerdə gedir.
İki komandanın əvvəlki 13 qarşılaşmasında tərəflər hərəyə 4 qələbə qazanıblar, daha 5 görüş heç-heçə ilə yekunlaşıb. Lakin topların nisbətində bakılıların ciddi üstünlüyü var - 25:10. Belə böyük üstünlük "ağ-qaralar"ın əvvəllər qələbələrindən 2-ni 3:0, qalanlarını 6:0 və 7:0 hesabları ilə əldə etməsinə görədir. Əvəzində “Araz-Naxçıvan” son 5 qarşılaşmada uduzmayıb. Axırıncı 3 görüşdə hər iki komanda qol vurub.
Günün son matçı isə "Qarabağ" və "Turan Tovuz" komandaları arasında gerçəkləşəcək. "Azersun Arena"da Tovuz komandası ev oyunlarını keçirəcəyindən, Ağdam təmsilçisi bu gündən rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməyi qərara alıb.
Hazırda "Qarabağ" 17 oyundan 36 xalla 2-ci, "Turan Tovuz" 16 oyundan 30 xalla 3-cü yerdə gedir. Turnir cədvəlinə isə 43 xalla "Sabah" başçılıq edir.
İki komandanın əvvəlki 13 görüşündən 9-da Ağdam, 2-də Tovuz təmsilçisi qələbə qazanıb. Daha 2 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Qarabağ"ın ikiqat üstünlüyü var - 30:14.
Axırıncı 5 matçda qonaq olan komanda xal qazanıb. Son üç qarşılaşmada hər iki tərəf qol sevinci yaşayıb.
Azərbaycan Premyer Liqası, XVIII tur
1 fevral (bazar)
16:00. “Araz - Naxçıvan” – “Neftçi” - 0:4
Qollar: İqor Ribeyro, 4. Bassala Sambu, 40. Alessio Kurçi, 84. Vensan Abubakar, 90+2
Sarı vərəqələr: Bruno Franko, 12 (qeyri-idman hərəkəti) // Freddi Varqas, 15 (oyun qaydalarının sistematik şəkildə pozulması); İqor Ribeyro, 71 (qeyri-idman hərəkəti)
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Nəriman Axundov
"Liv Bona Dea Arena", 500 tamaşaçı
“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) (26. Ömər Buludov, 70) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 29. Vanderson Melo 7. Hamidu Keyta (14. Ülvi İsgəndərov, 84) 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli (10. Felipe Santos, 62)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 4. Rahil Məmmədov 33. Elmir Cəfərov 16. Ramon Maçado 23. Nuno Rodriqes 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 47. Murad Məmmədov (22. Luis Ortis, 65) 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu (6. Sessi Dalmeyda, 83) 9. Bassala Sambu (45. Vensan Abubakar, 65) 70. Andrey Ştoqrin (28. Alessio Kurçi, 77) 10. Freddi Varqas (14. Edvin Kuç, 46)
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 27. Kristian Kostin
Baş məşqçi: Yuri Vernidub
18:30. “Qarabağ” – “Turan Tovuz” - 1:0
Qol: Abdullah Zubir, 41
Sarı vərəqələr: Joni Montiel, 35 (qeyri-idman hərəkəti); Marko Yankoviç, 47 (qeyri-idman hərəkəti) // Faiq Hacıyev, 11 (qeyri-idman hərəkəti); Filip Ozobiç, 35 (qeyri-idman hərəkəti); Vadji İbrahima, 44 (qeyri-idman hərəkəti); Roderik Miller, 55 (qeyri-idman hərəkəti) Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Yunis Hüseynov ( “Turan Rovuz” ), 90 (hakimin qərarına etiraz); Yevgeni Şetinin ( “Turan Rovuz” ), 90+3 (hakimin qərarına etiraz)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 2617 tamaşaçı
“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 84) 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç (20. Kadi Borqes, 84) 2. Mateus Silva 9. Joni Montiel (11. Emmanuel Addai, 66) 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 84) 35. Pedro Bikalyo 17. Kamilo Duran (22. Musa Qurbanlı, 90+2)
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 77. Ramil Şeydayev 7. Nəriman Axundzadə 32. Hikmət Cəbrayılzadə 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku
Baş məşqçi: Qurban Qurbanov
“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç (19. Roberto Olabe, 62) 17. Rəhim Sadıxov (10. Xəyal Nəcəfov, 90) 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 75) 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima (90. Joarlem Santos, 62) 15. Emmanuel Hakman 32. Hayderson Hurtado
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"ı, "Şamaxı" "Kəpəz"i 2:0, "Sabah" "Zirə"ni 3:1, "Qəbələ" isə evdə "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.














































































