İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Arsenal” “Çelsi”ni minimal hesabla məğlub edib — 1:0.
Sportnet.az xəbər verir ki, fevralın 3-də baş tutan qarşılaşmada qələbə qazanan “topçular” iki oyunun nəticəsinə əsasən finala yüksəliblər.
Bu nəticədən sonra “Arsenal”ın İngiltərə Premyer Liqasının XXI turunda “Vulverhempton”a qarşı martın 21-nə planlaşdırılan oyunu təxirə salınıb. London klubu martın 22-də “Uembli” stadionunda Liqa Kubokunun final matçına çıxacaq.
“Arsenal”ın finaldakı rəqibi fevralın 4-də keçiriləcək “Mançester Siti” – “Nyukasl” oyunundan sonra bəlli olacaq. İlk qarşılaşmada “şəhərlilər” 2:0 hesablı qələbə qazanıblar.













































































