"Neftçi" klubu əfsanəvi futbolçu Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibəti onun İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib.
Sportnet.az xəbər verir ki, ziyarətə “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, komandanın baş məşqçisi Yuri Vernidub, kapitan Emin Mahmudov, mərhumun həyat yoldaşı İnna Banişevskaya, qızı Marina və klubun digər nümayəndələri qatılıblar.
“Əfsanəvi futbolçumuzun xatirəsini yaşatmaq “Neftçi” Peşəkar Futbol Klubunun, ümumiyyətlə, hər bir “Neftçi”sevərin borcudur” – deyə qeyd edən baş icraçı direktor yubileylə əlaqədar klubun planlaşdırdığı tədbirlərlə bağlı onun ailəsinə məlumat verib.
Mərhumun həyat yoldaşı İnna Banişevskaya da Anatoli Banişevskini unutmadıqlarına görə kluba minnətdarlığını bildirib.
Məzarın önünə “Neftçi” tərəfindən əklil və gül dəstələri qoyulub.
Allah rəhmət eləsin!

































































































