Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu, XXII turun son oyununa təsadüf edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.
Bunadək rekord XII turda qeydə alınıb. 2025-ci il noyabrın 21-də baş tutmuş “Sumqayıt” – “Qarabağ” oyununa 9100 nəfər tamaşa edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlib – 4:2.
“Qarabağ” – “Sabah” matçındakı göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/2018 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilmiş XI turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.













































































