"Kəpəz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Turan Tovuz" ilə qarşılaşmada ciddi itki ilə üzləşib.
Görüşün 80-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Ryonosuke Ohori zədələnərək oyunu davam etdirə bilməyib. Yaponiyalı yarımmüdafiəçi tibbi müdaxilədən sonra meydanı tərk etmək məcburiyyətində qalıb.
Futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.









































































