Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun oyunları keçirilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ilk matçda lider “Neftçi” orta pillələrdə yer alan “Şuşa”nı qəbul edib.
Görüş “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb.
“Lənkəran” komandası oyuna gəlmədiyinə görə, “Araz-Naxçıvan”la görüş keçirilməyib. Bu qarşılaşmanın nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.
Turun son oyunu kifayət qədər maraqlı alınıb. Gənclər yığması iddialı rəqibinin qapısından fasiləyə qədər 4 cavabsız top keçirib.
İkinci hissədə qapıçını meydan oyunçusu ilə əvəzləyən “Baku Fire” ardıcıl qollar vurmağı bacarıb.
12:30. "Neftçi İK" – "Şuşa" - 14:0
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov
Hakim-inspektor: Azad Hüseynov
Qollar: Allef Maiolli, 0:34, Nihad İsmayılov, 2:43, 20:58, Markus Vinisius, 7:18, 36:36, Leonildo Rodrigues, 15:47, 17:29, 31:28, Hüseyn Əbdülov, 16:03 ö/q, Fərid Atakişiyev, 16:49, Qüdrət Qasımzadə, 20:28 ö/q, Lukas Ramos, 21:28, Əhməd İsmayılov, 34:50, Emil Həsənzadə, 38:54
Sarı vərəqələr: Emil Həsənzadə, 15:13 - Qüdrət Qasımzadə, 28:57, Rüstəm Bağırov, 28:57, Adil İsmayılov, 29:20
Qırmızı vərəqə: Rüstəm Bağırov, 31:28
14:30. "Araz-Naxçıvan" – "Lənkəran" -:-
Hakimlər: Hidayət Feyzullayev, Mahir Məmmədov, Hacıəli Ağayev
Hakim-inspektor: Azad Hüseynov
16:30. "Baku Fire" – U-19 - 8:6 (0:4)
Hakimlər: Knyaz Əmiraslanov, İmran Məhərrəmov, Elgün Hüseynov
Hakim-inspektor: Əfqan Həmzəyev
Qollar: Oqtay Rüstəmli, 22:47, 25:00, 30:23, 35:06, Eldar Zeynalov, 23:30, 25:50, Kənan Manafov, 32:13, Oqtay Mahmudzadə, 39:42 ö/q // Emil Bayramov, 2:32, Fərid Kərimli, 14:48, İsmayıl Əhmədov, 17:17, 24:35, Oqtay Mahmudzadə, 19:26, Turan Azayev, 27:58
Sarı vərəqələr: Emil Bayramov, 14:30, Oqtay Mahmudzadə, 35:25
Qeyd edək ki, qarşılaşmalar "Olimpik Star" İdman Kompleksində təşkil olunub.









































































