Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sabah” matçından sonra ev sahibi komandanın müdafiəçisi Murad Musayev Sportnet.az-ın suallarını cavablandırıb.
– Çox ağır və çətin oyun oldu. “Sabah” çox yaxşı komandadır, onların gücünü bilirdik. Çalışırdıq ki, yaxşı nəticə qazanaq. Öz səhvlərimizdən qollar buraxdıq, amma sonradan toparlanmağı bacardıq. İkinci hissədə qırmızı vərəqə almağımız oyun planımıza təsir etdi və bizi geri saldı. Hər halda komandaya və uşaqlara təşəkkür düşür. Belə ağır oyunda sona qədər döyüşdük, mübarizə apardıq və oyunu penaltilərə qədər gətirə bildik. Penalti seriyası lotereyadır. Bir az diqqətli olsaydıq, düşünürəm ki, daha yaxşı nəticə ola bilərdi. Mən də penaltini vura bilmədim. Futbolda belə hallar olur. Komanda olaraq hamımız əziyyət çəkdik. Bu gün 70 dəqiqə 10 nəfərlə oynadıq, amma buna baxmayaraq yaxşı mübarizə apardıq.
– Qırmızı vərəqə olmasaydı, oyunu geri qaytarmaq daha rahat olardımı?
– Əlbəttə. Qırmızı vərəqə alanda 10 nəfərlə qalmaq rəqib üçün üstünlük deməkdir. Üstəlik, rəqib “Sabah” kimi komandadır və əlavə vaxt da oynadıq. Bu isə iki-üç qat artıq güc sərf etmək deməkdir. Bəlkə də 11 nəfər qalsaydıq daha yaxşı olardı. Amma futbolda belə hallar normaldır – qırmızı vərəqə də olur, penalti də qaçıra bilərsən. Əsas odur ki, sona qədər döyüşmək və mübarizədən qorxmamaq lazımdır. Biz də bunu etdik.
– Növbəti Premyer Liqa oyununda yenə “Sabah”la qarşılaşacaqsınız. Bu oyundan gözləntiniz nədir?
– Yaxşı dincələcəyik, istirahət edəcəyik və bu oyun haqqında düşünəcəyik.















































































