İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola iki oyunluq diskvalifikasiya olunub.
Sportnet.az xəbər verir ki, bu, ispaniyalı mütəxəssisin “Nyukasl Yunayted”ə 1:3 hesabı ilə uduzduqları İngiltərə Kubokunun 1/8 final oyununda 6-cı sarı vərəqəsini almasıdır.
Qvardiola XXX turda “Vest Hem”lə (14 mart) və İngiltərə Kubokunun 1/4 final oyununu buraxacaq. Qvardiolanın cəzası İngiltərə Liqa Kubokunun finalına – “Arsenal”la matça (22 mart) şamil edilmir.
Premyer Liqada 29 turun ardından “Mançester Siti” 60 xalla ikinci pillədə qərarlaşıb. “Şəhərlilər” lider “Arsenal”dan 7 xal geri qalırlar, lakin komandanın bir oyunu qalıb.














































































