
Çili milli komandasının futbolçusu Arturo Vidal Almaniya "Bavariya"sının oyunçusu kimi təqdim olunub. Sportnet.az-ın klubun rəsmi "Twitter"inə istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. 
Onun keçmiş komandası İtaliya "Yuventus"una 35 milyon avro ödənilib. Təqdimat mərasimində Vidal daha böyük uğurlar qazanmaq üçün "Bavariya"ya keçdiyini bildirib: "Çox xoşbəxtəm. Bu, karyeramda irəliyə doğru daha bir addımdır".
Qeyd edək ki, Arturo Vidal əvvəllər də Bundesliqada çıxış edib. O, 2007 - 2011-ci illərdə Almaniya "Bayer"inin formasını geyinib. 









                 





    
    
    
    
    
    
    
    
    





















































