Almaniyanın "Bavariya" klubu yayda heyətinə sol vinger qatmağı planlaşdırır.
Sportnet.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Aston Villa"da çıxış edən Morqan Rocerslə yaxından maraqlanır.
Hücumun solunda Luis Diazı rotasiya edə biləcək oyunçu axtaran Münhen təmsilçisi ingiltərəli futbolçunu əsas hücum prioriteti hesab edir.
Qeyd edək ki, Morqan Rocers cari mövsüm "Aston Villa" forması ilə 45 matçda 10 qol və 7 məhsuldar ötürməyə imza atıb.

















































































