Bu gün UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk görüşü Niderlandda keçirilib. AZ "Şaxtyor" komandasını qəbul edib.
Türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi Ukrayna klubu ilk görüşdə doğma meydanda niderlandlıları 3:0 hesabı ilə məğlub etmişdi.
Ümumi 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməsə də, ümumi hesabda Donetsk təmsilçisi niderlandlıları üstələdi - 2:2 (2:5)
Digər 3 görüşdən biri isə 23:00-da Fransada "Strasburq" və "Maynts" arasında keçirilib. Almanlar ilk görüşdə 2:0 hesablı qələbə qazanmışdı.
Fransızlar Bundesliqa klubunu 4 cavabsız qolla məğlub edib.
Yunanıstanın AEK-i isə La Liqa təmsilçisi "Rayo Valyekano"nu qonaq edib. İspanlar ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.
Cavab matçında yunanlar 3 qol vuraraq ümumi hesabı bərabərləşdirsə də, La Liqa klubu sonlara doğru ümumi hesabı öz xeyrinə dəyişməyi bacarıb - 1:3.
Daha bir digər duel isə ingilis və italiyan təmsilçiləri arasında olacaq. "Fiorentina" "Kristal Pelas"ı qəbul edir. Bu duelin ilk matçında ingilislər mərhələnin digər 2 qarşılaşmasında olduğu kimi 3:0 hesablı üstünlük qazanıblar.
Florensiya təmsilçisi bu görüşdə qələbə qazansa da, bu, mərhələ adlamaq üçün kifayət etməyib - 2:1.
UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları
16 aprel
20:45 AZ (Niderland) – "Şaxtyor" (Ukrayna) - 2:2 (HESAB)
Qollar: İsak Yensen, 73; Matey Şin, 80 - Alisson, 58; Luka Meireleş, 83
İlk oyun 0:3
23:00 "Fiorentina" (İtaliya) – "Kristal Pelas" (İngiltərə) - 2:1 (HESAB)
Qol: Albert Qudmundson, 30; Çer Ndur, 53 - İsmaila Sarr, 17
İlk oyun – 0:3
23:00 AEK (Yunanıstan) – "Rayo Valyekano" - (İspaniya) - 3:1 (HESAB)
Qol: Zini, 13, 53; Razvan Marin, 36 (pen.) - İsi Palazon, 60
İlk oyun – 0:3
23:00 "Strasburq" (Fransa) – "Maynts 05" (Almaniya) - 4:0 (HESAB)
Qol: Sebastian Nanasi, 26; Abdul Outtara, 35; Xulio Enciso, 69; Emmanuel Emeqa, 74
İlk oyun – 0:2
Qeyd edək ki, "Kristal Pelas" yarımfinalda "Şaxtyor"la, "Rayo Valyenkano" isə "Strasburq" ilə üzləşəcək.


















































































