Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi başa çatıb.
Sportnet.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov mərhələdə oynanılan görüşlərdə baş verən mübahisəli epizodları şərh edib.
Mütəxəssis dünən oynanılan "Sabah" - "Qarabağ" matçında (2:1) baş hakim Rəvan Həmzəzadə tərəfindən Mateuş Koxalskiyə qırmızı vərəqə və qarşılaşmanın son saniyələrdə Velko Simiçin əlinə dəyən topu penalti verməmə qərarını haqlı hesab edib.

















































































