İngiltərə Premyer Liqası təmsilçisi "Brayton"un kamerunlu yarımmüdafiəçisi Karlos Baleba karyerasını "Mançester Yunayted"də davam etdirməyə yaxındır.
Sportnet.az-ın insayder Fabritso Romanoya istinadən məlumatına görə, "qırmızı şeytanlar" futbolçu ilə şəxsi şərtlər üzrə razılıq ötən ildən əldə edib. Transferin reallaşıb-reallaşmayacağı isə artıq "qağayılar"ın qərarından asılıdır.
Qeyd olunur ki, Baleba 2025-ci ilin yayında da “qırmızı şeytanlar”a keçmək istəyib, lakin klubu onun ayrılığına icazə verməyib. İndi isə transfer üçün şanslar xeyli artıb.
Əlavə olaraq, "Mançester Yunayted"in yay transfer pəncərəsində ən azı iki yarımmüdafiəçi transfer etməyi planlaşdırdığı bildirilir.














































































