Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib Belarus yığması olub.
Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin qolunu Ramil Əliyev vurub.












































































