"İmişli" futbolçusu İdris İnqilablı ilə yeni müqavilə bağlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə sözləşmə 2026-cı il iyunun 30-dək uzadılıb.
Sağ cinahda da oynamağı bacaran İnqilablı "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, peşəkar futbolçu karyerasına 2019-cu ildə başlayıb, "Sabah" və "Kəpəz" komandalarının da formasını geyinib.














































































