"Qələbə üçün xoşbəxtik. Azarkeşlər üçün də sevinirik. Qələbə qolunu son dəqiqədə vurmağımız matçı daha da həyəcanlı etdi".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Alesio Kurçi evdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış oyun barədə danışarkən deyib.
Lüksemburqlu hücumçu ötən oyundakı məğlubiyyətdən sonra bu oyunda qazanılan qələbənin səbəbini belə izah edib:
"Ötən oyunumuzu analiz etdik. Səhvlərimizə baxdıq. Bu gün daha yaxşı çıxış etdik və gördük ki, keyfiyyətimizi düzgün göstərsək, biz də güclü ola bilərik".
24 yaşlı forvard 1:5 hesablı məğlubiyyətə səbəb olan əsas faktorlar barədə də danışıb:
"Çox şey var idi. Şanssızlıq, fərdi xətalar. Bu, futbolda baş verən şeylərdir. Bu dəfə səhvə yol vermədik və çox yaxşı çıxış etdik".
Kurçi komandasının geridə qalan 4 matçı barədə isə bunları söyləyib:
"Qələbə qazanmağa çalışacağıq. Sonda görəcəyik".














































































