Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" yayda heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
Sportnet.az xəbər verir ki, "sarı-qırmızılar" "Brügge"nin yarımmüdafiəçisi Rafael Onyedika ilə maraqlanır.
Nigeriyalı futbolçu yaxın günlərdə klubunun müqavilə yenilənməsi təklifini rədd edib. O, mövsümün sonunda komandadan ayrılmağı planlaşdırır.
İstanbul təmsilçisi qışda 25 yaşlı oyunçu üçün həmlə etsə də, bu cəhd Belçika klubunun rədd cavabı ilə uğursuz alınıb.
Qeyd edək ki, Henri Onyedika 2022-ci ildən "Brügge"nin şərəfini qoruyur.
















































































