Türkiyə Super Liqasının XXXII turunda çempionluq uğrunda mübarizə aparan komandalar növbəti oyunlarına çıxıblar.
Sportnet.az-ın məlumatına görə, lider "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Əvəzində "Fənərbağça" evdə "Başakşehir" üzərində qələbə qazanıb - 3:1.
"Trabzonspor" isə öz meydançasında "Göztepe" ilə heç-heçə edib - 1:1.
Bu nəticələrdən sonra "Qalatasaray" 74 xalla 1-ci pillədə qalsa da, çempionluq əldə edə bilməyib. "Fənərbağça" əsas rəqibinin məğlubiyyətindən yararlanaraq, xal fərqini 4-ə endirib. "Trabzonspor" isə 66 xalla 3-cü pillədə qalıb və qızıl medal şansını itirib.














































































