İspaniyanın "Real Madrid" klubunun kapitanı və müdafiəçisi Dani Karvaxal 2025/2026 mövsümünün sonunda komandadan ayrılacaq.
Sportnet.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə əfsanəvi futbolçuya təşəkkürünü bildirib.
Karvaxal “Real Madrid” akademiyasına 2002-ci ildə, cəmi 10 yaşında qoşulub. İspaniyalı müdafiəçi əsas komandada isə 2013-cü ildən çıxış edirdi.
34 yaşlı futbolçu paytaxt təmsilçisi ilə ümumilikdə 27 titul qazanıb. Onların sırasında 6 UEFA Çempionlar Liqası kuboku və 4 İspaniya La Liqası çempionluğu da var.
Karvaxal “Real Madrid”in heyətində bütün turnirlərdə 450 oyuna çıxıb, 14 qol vurub və 65 məhsuldar ötürmə edib.
Təcrübəli müdafiəçinin klubla müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir.






































































