1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yaşar Vahabzadənin təəssüfü
"Avstriya yığmasının oyunlarının videoyazısına baxmışdıq. Bilirdik ki, rəqibimiz sürətli və aqressiv oyuna üstünlük verir. Futbolçularımıza buna uyğun tapşırıqlar vermişdik". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Yaşar Vahabzadə Avstriyaya 0:2 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə qrup matçından sonra deyib.
O, rəqibin imkan verdiyi qədər oynaya bilmələrindən təəssüflənib. Vahabzadənin fikrincə, bu cür vacib oyunlarda heç bir futbolçu özünəinam hissindən məhrum olmamalıdır.
Baş məşqçi sentyabrın 8-də Almaniya ilə daha bir çətin oyunun olacağını söyləyərək, emosiyaları arxa plana keçirib səhvləri təhlil etməli, həmin qarşılaşmaya hazırlaşmalı olduqlarını açıqlayıb.