"İlk hissədə oyunçularımdan narazı qalsam da, ikinci hissəyə görə onlara təşəkkür edirəm". Sportnet.az xəbər verir ki, bunu "Rəvan”ın baş məşqçisi Emin Quliyev "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib.
O, müdafiə xəttində problemlərin olduğunu və bunu həll etmələrinin vacibliyini dilə gətirib: "Biz qolu rəqibə hədiyyə edirik. Hələlik, komandada hücumçu yoxdur, ona görə də məcburiyyətdən Fəridi oynadıram”.