1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyə millisi və "Qalatasaray"da ŞOK itki
Türkiyə milli komandasının və "Qalatasaray" klubunun futbolçusu Burak Yılmaz ən azı bir ay müddətinə sıradan çıxıb. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı hücumçu Super Liqada V turun "Trabzonspor"la səfər matçında zədələnib.
65-ci dəqiqədə xəsarət alan Yılmaz oyuna davam edə bilməyərək, komanda yoldaşı Umut Bulutla əvəzlənib. Tibbi müayinə nəticəsində onun sağ arxa əzələsində qırıq aşkarlanıb. Təcrübəli forvard 6 həftəyədək oynamayacaq. Bu müddətdə "Qalatasaray" Super Liqada "Qaziantepspor", "Başakşehirspor", "Gənclərbirliyi" və "Fənərbağça", Çempionlar Liqasında isə "Astana" (Qazaxıstan) və "Benfika" (Portuqaliya) komandaları ilə üz-üzə gələcək. Türkiyə millisi isə oktyabrın 10-da Çexiya ilə səfərdə, oktyabrın 13-də isə İslandiya ilə evdə AVRO-2016-nın seçmə qrup matçlarına çıxacaq.
Qeyd edək ki, Burak Yılmaz bu mövsüm "Qalatasaray"ın heyətində 2, Türkiyə millisində isə 1 qol vurub.