
"Xəzər Lənkəran" iki günlük istirahətdən sonra məşqlərə başlayıb. Sportnet.az-ın məlumatına görə, "ağ-yaşıllar" Azərbaycan Premyer Liqasının VI turunda "Xəzər Lənkəran" Mərkəzi Stadionunda "Zirə”ni qəbul edəcək.
Sentyabrın 25-dək cənublular məşqlərini stadionun ehtiyat meydançasında keçirəcəklər. Məşqlər azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək "Xəzər Lənkəran" - "Zirə" matçı saat 21:00-da başlanacaq.

















































































