
Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın "Qarabağ” klubu bu gün 3-cü yoxlama görüşünü keçirəcək. Sportnet.az-ın klubun rəsmi saytına
istinadən məlumatına görə, Almaniyanın
regional liqa təmsilçisi "Burqhauzen”lə qarşılaşacaq Qurban Qurbanovun
yetirmələri oyuna Bakı vaxtı ilə saat 20:00-da çıxacaqlar.
Qeyd edək ki, Azərbaycan çempionu toplanış çərçivəsində 2 yoxlama
görüşü keçirib. İlk oyunda Ukrayna "Şaxtyor”una 0:2 məğlub olan "Qarabağ”, 2-ci
görüşündə Rusiyanın "Krasnodar” klubuna yenilib – 0:1.
20:00 "Qarabağ" (Azərbaycan) - "Burqhauzen" (Almaniya) 2:0
Qollar: Vüqar Nadirov, 5. Cavid Tağıyev, 53.
"Qarabağ": Fərhad Vəliyev, Hacı Əhmədov, Tərlan Quliyev, Bilal Abbaszadə, Toğrul Bilallı, Muarem Muarem, Qara Qarayev, Vüqar Nadirov, Cavid Tağıyev, Tural İsgəndərov, Tural Rzayev.
1` Maçt başladı uğurlar "Qarabağ"
5` Qooooooool ! Vüqar Nadirov hesabı açdı.`Qarabağ` 1-0 hesabı ilə öndədir.
14` Fərhad Vəliyev topu oyuna daxil etdi,`Qarabağ` yeni hücum qurmağa hazırlaşır.
20` Bərabər səviyyəli oyun gedir .`SV Wacker Burghausen` təzyiqi artırsada müdafiədə inamlı oynayan futbolçularımız rəqibin hücumlarına mane ola bilir.
31` Tərlan Quliyev topu yan xəttdən oyuna daxil etdi amma rəqib futbolçu Qara Qarayevə qarşı kobud oynayaraq qaydanı pozdu.
33` Rəqib küncdən zərbə ilə topu cərimə meydançamıza tərəf ötürdü amma müdafiəçilərimizin inamlı oyunu sayəsində təhlükə sovuşdu.
40` `SV Wacker Burghausen` təhlükəli cərimə zərbəsi ilə yadda qaldı amma Fərhad Vəliyev çıxışda inamlı oynayaraq qola mane oldu.
42` Futbolçularımız topu özlərində saxlamaqla rəqibi özlərinə tərəf çəkib yeni hücuma keçməyə çalışırlar.
45` İlk hissə başa çatdı,komandalar fasiləyə yolldandılar.
II hissə
46` İkinci hissə başladı,Uğurlar `Qarabağ` !
47` İkinci hissəyə komandamız oyunçu dəyişikliyi ilə başlayıb, Muarem Muaremin əvəzinə Leroy Corc meydana daxil olub.
52` `SV Wacker Burghausen` cərimə zərbəsindən topu birbaşa Fərhad Vəliyevin üzərinə göndərdi.
53` Qooooooool ! İlqar Qurbanovun ideal ötürməsini Cavid Tağıyev asanlıqla qapıdan keçirdi.
58` Qurban Qurbanov əsas heyət oyunçularını meydana buraxdı.İbrahim Sehiç.Riçard Almeyda,Reynaldo,Danilo Dias,Çumbinyo,Maksim Medvedev,Admir Teli oyuna daxil oldu.
66` Komandamız oyuna nəzarəti tam ələ alıb və üçüncü qol axtarışındadır.
70` Burkhard Christoph cərimə zərbəsindən topu bir başa qapımıza doğru göndərsədə Sehiç əla sıçrayış ilə komandamızı qoldan xilas etdi.
79` `Qarabağ`ın nəzarəti altında oyun davam edir,rəqib ara-sıra hücumlar etsədə müdafiəçilərimizin inamlı oyunu sayəsində qapımızın toxunulmazlığı qorubun saxlanır.
81` Leroy Corc rəqibin cərimə meydançasına asanlıqla daxil olur amma ötürməsi qapıçıda qalır.
87` Rəqib hücumçu Namiq Yusifova qarşı sərt oynayaraq onu zədələdi və hakim oyunu saxlayaraq həkimləri meydana çağırdı.
90` Hakimin final fiti ilə görüş `Qarabağ`ın 2-0 hesablı qələbəsi ilə başa çatdı.Oyunda hesabı 3-cü dəqiqədə Vüqar Nadirov açdı, 53-cü dəqiqədə isə Cavid Tağıyev komandamızın 2-ci qolunu vurdu.