Avropa Liqasının I təsnifat mərhələsində "Tiraspol"la qarşılaşacaq Bakının "İnter" klubu Moldovaya iyulun 1-də yola düşəcək. Sportnet.az-ın məlumatına görə, "bankirlər" sabah günorta saatlarında ölkəni tərk edəcək.
Kaxaber Tsxadadzenin yetirmələri Tiraspolda "Rossiya"
otelində məskunlaşacaq. Tiraspola çatdıqları gün 1 məşqlə kifayətlənəcək
paytaxt klubu oyundan 1 gün öncə
"Şerif" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, "Tiraspol" - "İnter" matçı iyulun 3-ü Bakı vaxtilə 22:00-da start götürəcək.