1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirvədəki yerimizi sonadək qorumağa çalışacağıq"
Azərbaycan Premyer Liqasında I dövrənin lideri "Qəbələ”nin heyətində 9 oyunda futbolçu forma geyinib ki, onlardan 6-sı bütün qarşılaşmalarda meydana çıxıb. Yalnız bir oyunçu – Elvin Camalov bütün matçları əvəzolunmadan keçirib. Sportnetaz-ın məlumatına görə, gənc dayaq yarımmüdafiəçisi son turun görüşü haqda fikirlərini gabalafc.az saytına açıqlayıb.
O "Zirə" ilə qolsuz heç-heçə etdikləri matçı dəyərləndirib: "Meydana 3 xal üçün çıxmışdıq. 90 dəqiqə boyu qələbədən ötrü mübarizə apardıq. Təəssüf ki, sonda iki xal itirdik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edib, qələbə qazanaraq, itirilən xalların əvəzini çıxmalıyıq”.
Camalov I dövrənin yekunu haqda da danışıb: "Komandamız hazırda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Biz də həmişə ən yaxşı yerlər üçün mübarizə aparmışıq. Məqsədimiz çempionluqdur. Mövsümün böyük hissəsi hələ irəlidədir. Zirvədəki mövqeyimizi sonadək qorumağa çalışacağıq. Bütün oyunlarda var qüvvəmizlə mübarizə aparıb, çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”.
Yarımmüdafiəçi II dövrənin ilk oyunu haqda fikirlərini açıqlayıb. Camalov oktyabrın 28-də AZAL-la ev oyununda da 3 xal qazanmalı olduqlarını bildirib: "Artıq oyunun hazırlığına başlamışıq. Bütün komanda özünü tam bu oyuna kökləyib. Bu qarşılaşmada da hədəfimiz 3 xaldır. Doğma azarkeşlərimiz önündə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.