
Azərbaycan Premyer Liqasının XII turunda "İnter"lə ev oyunun (1:1) zədələnən "Qəbələ" klubunun futbolçusu Sergey Zenyov Estoniya millisinin düşərgəsində müayinədən keçəcək. Klubdan Sportnet.az-a verilən məlumata görə, hücumçu bu gün səhər ölkəsinə yollanıb.
Tibbi müayinədən sonra 26 yaşlı futbolçunun ayın 17-də Sent-Kits və Nevis yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşündə oynayıb-oynamayacağına aydınlıq gələcək.
Klubun digər zədəli futbolçusu Ermin Zets isə Bosniya və Herseqovinanın heyətində AVRO-2016-nın pley-off mərhələsində Şimali İrlandiyaya qarşı mübarizə apara bilməyəcək. Milli komandanın məşqçi köməkçisi İqor Yankoviç bildirib ki, hücumçu noyabrın 13-də meydana çıxa bilməyəcək.
Bir neçə günlük futbolçulara istirahət verən "Qəbələ"nin məqçilər korpusu isə komandanı ayın 13-də bir araya toplayacaq. Bundan sonra hər iki futbolçunun vəziyyəti bir daha yoxlanılacaq.
Qeyd edək ki, komandanın daha bir üzvü Ruslan Abışov da zədəli olduğu üçün Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb.






































































