1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan millisi bu məğlubiyyətə layiq deyildi"
"Belə turnirlərdə ilk oyun hər zaman çətin keçir. Çünki rəqibinin necə oynayacağını bilmirsən. Xüsusilə, birinci oyunda meydan sahibi ilə qarşılaşmaq ikiqat çətin olur". Sportnet.az-ın məlumatına görə, bunu Ukraynanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Oleq Kuznetsov Azərbaycan millisini 4:0 hesabı ilə yendikləri AVRO-2016-nın seçmə qrup matçından sonra deyib.
Kuznetsov komandasının oyunundan razı qalmadığını bildirib: "Birinci hissədə futbolçular həyəcanlı idi. Açığı, Azərbaycan yığması bu hesabla uduzmağa layiq deyildi. Nəticə oyuna görə olmadı. Sadəcə, rəqibimiz birinci qolu buraxdıqdan sonra hücuma çox aludə olduğundan, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etdik. İndidən hansı komandanın mərhələ adlayacağını proqnozlaşdırmaq mümkün deyil. Məğlub olmasına baxmayaraq, Azərbaycan millisinin də elit-raunda yüksəlmə şansı var”.