
Azərbaycan Premyer Liqasının XII turunda AZAL-la oyundan sonra 3 günlük istirahətə buraxılan "Kəpəz” məşqləri bərpa edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda gündə bir dəfə "Dalğa Arena”da hazırlıq keçir.
"Sarı-göylər”in son məşqini komandanın zədəli futbolçusu Dario Frederiko da izləyib. Məşqdən sonra məşqçilər korpusu və futbolçularla bir-bir görüşüb sağollaşan braziliyalıya əməliyyat öncəsi uğurlar arzulanıb. Hamı Darionun tezliklə düşərgəyə dönməsini diləyib.
Qeyd edək ki, meniski zədələnən yarımmüdafiəçi ölkəmizi tərk edərək əməliyyat olunmaq üçün vətəninə yollanıb.





































































