
"İnter" milli komandanın yoldaşlıq oyunu ilə əlaqədar yaranmış fasilədə hazırlığını yoxlama görüşü ilə davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, "bankirlər" Premyer Liqa iştirakçısı "Zirə" ilə qarşılaşacaq.
Noyabrın 15-də "İnter Arena"da keçiriləcək qarşılaşma 16:00-da start götürəcək.







































































