
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Rəmiş Malıyev qrup oyunlarında iştirak edən Azərbaycan, Bosniya və Herseqovina, Türkiyə və Ukrayna komandalarının üzvləri üçün danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdir.
Qeyd edək ki, noyabrın 10-dan Bakıda 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunun oyunları keçirilir.