
Bir neçə ildir əməkdaşlıq edən AFFA və UNICEF arasında növbəti müqavilə imzalanıb. Sportnet.az-ın məlumata görə, hazırkı əməkdaşlıq müqaviləsi AFFA-nın 2014-cü ildə qoşulduğu UNICEF-in uşaq zorakılığına qarşı qlobal kampaniyasının davamıdır.
Əməkdaşlıq çərçivəsində hər iki qurum uşaq zorakılığının qarşısının alınması mövzusunda maarifləndirmə işləri aparacaq.
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyunu zamanı meydançanın ətrafında quraşdırılmış reklam lövhələrində AFFA - UNICEF əməkdaşlığının növbəti mərhələsinin aktivləşdirilməsi öz əksini tapıb.
Qeyd edək ki, bu gün Ümumdünya Uşaqlar Günüdür. Birləşmiş Millətlər Təşkilatı 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edib.