
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Monako" Fransa I Liqasının XIV turunda "Nant"ı qəbul edib. Sportnet.az-ın məlumatına görə, oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. 
"Knyazlıq klubu"nun yeganə qolunu 44-cü dəqiqədə Mario Paşaliç vurub. 
Bu qələbə sayəsində "Monako" xallarını 23-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. 19 xala malik "Nant" isə 11-cidir. 









                 





    
    
    
    
    
    
    
    
    






















































