1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" üçün daha bir rəqib
Bakının "İnter" klubunun qış təlim-məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində yoxlama görüşü keçirəcəyi daha bir rəqib dəqiqləşib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu, Albaniyanın "Teuta" klubudur.
Qarşılaşma yanvarın 16-da baş tutacaq. "Teuta" hazırda Albaniya Super Liqasında 18 turdan sonra 30 xalla 3-cü pillədədir.
Bir neçə gün öncə isə "İnter"in daha iki rəqibinin adı açıqlanıb. Bunlar Almaniya "Verder"inin ikinci komandası və Qazaxıstanın "Atrau" klubudur. "Verder"lə görüş yanvarın 13-də, "Atrau" ilə isə ayın 23-də olacaq. "Bankirlər" toplanış çərçivəsində 4 yoxlama görüşü keçirəcək. Yanvarın 19-da baş tutacaq görüşdəki rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, "İnter" yanvarın 4-də Antalyaya 20 günlük təlim-məşq toplanışına yollanacaq.